“XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞISOYQIRIMLARI” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək  

0
973

2017-ci il 22-27 aprel tarixlərində Azərbaycan Respublikasının Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi vəLənkəranrayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək.

 

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

 

  1. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 2) 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları; 3) 1948-1953-cü illərdə azər­baycanlıların öz tarixi torpaqlarından –Ermənistan SSR-in ərazisindənde­portasiyası; 4) 1988-1991-ci illərdə azər­baycanlılarınöz tarixi torpaqlarından –Ermənistan Respublikasının ərazisindəndepor­tasi­yasının başa çatdırılması; 5) 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Er­mənistan tərə­findən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr;

 

  1. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşısoyqırımları;

 

III. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar.

 

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaqdır. Məqalələrmartın 1-dək Təşkilat Komitəsinə göndərilməlidir.

 

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant djabibaxramov@mail.ru, tofig-nacafli@rambler.ru, natigmamedzade@yandex.come-mail ünvanlarına göndərilməlidir.

 

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığıl­malıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

 

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcəkdir.

 

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Telefonlar: +99412 5393615; +99412 5393619, Mob.: +99450 3274164; +99450 6145423.

BIR CAVAB BURAXIN