Xorvatiya və İsveçrə pley-offun ilk oyununda qələbə qazandı

0
339

DÇ-2018-in seçmə mərhələsinin pley-off matçında Xorvatiya öz meydanında Yunanıstanla görüşüb. Arazinfo.com-un verdiyi məlumata görə, xorvatiyalılar yunanları 4:1 hesabı ilə məğlub edərək Rusiyaya getmək üçün əla imkan əldə ediblər.  İsveçrə isə rəqib meydanında -Belfastda hakimin meydan sahiblərinin qapısına təyin etdiyi mübahisəli 11 metrlik cərimə zərbəsi ilə Şimali İrlandiya üzərində 1:0 hesabı ilə qələbə qazanıblar.  Bu gün və sabah pley-off matçları çərçivəsində daha 2 oyun keçiriləcək. Bu gün yerli vaxtla saat 22.45-də İtaliya öz meydanında İsveçi, sabah isə eyni vaxtda Danimarka İrlandiyanı qəbul edəcək. Cavab oyunları isə 12,13 və 14 noyabrda keçiriləcək.

 

 

DÇ-2018, pley-off oyunları

Avropa zonası

İlk oyunlar

9 noyabr

 

Şimali İrlandiya – İsveçrə – 0:1

Qol: Rodrigez, 58 (penalti)

 

Xorvatiya – Yunanıstan – 4:1

Qollar: Modriç, 13, Kaliniç, 19, Perisiç, 33, Kramariç, 49 – Sokratis, 30

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 1 =