Xızıda sürüşmə: İnsanlar kəndi tərk edir

0
332

  • Xızıda sürüşmə: İnsanlar kəndi tərk edir

Xızıda baş verən sürüşmə yaşayış evlərinin hasarına ziyan vurub.

ARB Şimal xəbər verir ki, Xızıdan Altıağac qəsəbəsinə gedən avtomobil yolunda baş verən topraq sürüşməsi yaşayış evlərinə də ziyan vurub.

Altığacda 2-3 evin hasarı təbiət hadisəsi nəticəsində dağılıb. Həmin evlərdə yaşayış olmasa da, sakinlər təbii prosesin davam etdiyini bildirir.

Hava şəraitinin qeyri-sabit, yağışlı keçməsi torpaq sürüşməsini aktiv fazada saxlayan əsas amillərdəndir. Sakinləri bildirir ki, bundan əvvəl də qəsəbədə sürüşmə hadisəsi qeydə alınıb. Hətta 1970-ci illərdə Altıağacada baş verən torpaq sürüşməsinin miqayası o qədər geniş olub ki, sakinlərinin köçürülməsi üçün qeydiyyat aparılıb.

Xızı-Altıağac avtomobil yolunda torpaq sürüşməsi noyabrın 22-dən başlayıb. Sürüşmə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 19,8 kilometr olan yola ciddi ziyan vurub. Mütəxəssislər sürüşmə zonasında torpaq qatının əsasən doymuş süxurlardan ibarət olduğunu bildiriblər. Son dövrlər yağıntıların normadan artıq olması təbii prosesin baş verməsini sürətləndirib. Hazırda yolda nəqliyyat vasitlərinin hərəkəti üçün maneə yoxdur.

https://youtu.be/hpN2nPjy7LY

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + 18 =