Xalq artisti çox SƏRT DANIŞDI: “Manafı, Nadiri, Röyanı görməmək üçün…”

0
308

Belə getsə, şou əhli Xalq artisti Yalçın Rzazadəyə müharibə elan edəcək. Belə ki, illərin sənətkarı şou-biznesdə olan müğənniləri tanımadığını bildirib.

 

Publika.az-a açıqlama verən Xalq artisti, hətta dəvət aldığı verilişlərə belə şərtlə getdiyini diqqətə çatdırıb: “Mənim sənətim var, özümə hörmət edirəm. Hansısa televiziya verilişinə gedəndə aparıcı ilə şərt kəsirəm və deyirəm ki, mən olduğum yerdə şou-biznes adamları olmayacaq. Sənətkar hər müğənni ilə eyni verilişdə qonaq ola bilməz. Nəinki şou, “ş” hərfini eşidəndə belə dönüb o yerdən qaçıram. Onları görməmək üçün toylara da getmirəm, pul göndərirəm. Bilirəm ki, ortaya düşüb onu birdən oxuyacaq. Televizorda da onları görəndə kanalı çevirirəm. Bizdə heç şou-biznes də yoxdur. Bunların işi-gücü efirə çıxıb kimisə söymək, qeybət etmək və dalaşmaqdan ibarətdir”.

 

 

Y.Rzazadə Nadir Qafarzadə, Manaf Ağayev, Röya və digər müğənniləri tanımadığını deyib: “Adlarını çəkdiyiniz və çəkmədiyiniz, ümumiyyətlə, şou aləmə daxil olan o müğənnilərin heç birini tanımıram. Sənət aləmində tanıdıqlarımdan Azər Zeynalov, Fidan, Xuraman Qasımova bacılarının adını çəkə bilərəm”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − 5 =