Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

0
700

ABŞ-ın Suriyadakı qiyamçıları əlavə silahla təmin etməsi barədə müzakirələri nəticəsiz qalıb.

 

Bu barədə “Vaşinqton Post” qəzetində yer alan analizdə qeyd edilib.

 

Məqalədə ABŞ diplomatlarının razılaşmamasının səbəbi kimi Ağ Evin bu plana şübhə ilə yanaşması göstərilib:

 

“Obama administrasiyası Suriyaya əlavə silah göndərmək məsələsini uzun müddət müzakirə etdi. Ancaq plan təsdiqlənməyib.

 

Bu plana əsasən, Suriyada Əsəd rejimi ilə mübarizə aparan və ABŞ-ın dəstəyinə arxalanan qüvvələrə daha güclü silahlar göndərilməli, bununla da rəsmi Dəməşqə təzyiq göstərilməli idi. Ancaq Ağ Ev Rusiyanın müdaxiləsi olduğu halda, planın hətta genişləndirilmiş versiyasının işə yaramayacağı qənaətindədir. Deyəsən, Obama Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu planını gələcək prezidentin öhdəsinə buraxmaq istəyir. Belə olarsa, Obamanın davamçısı xeyli variantla üz-üzə qalacaq”.

 

Yazıda Rusiyanın ABŞ-ın fəaliyyətsizliyindən istifadə edib Suriyada xeyli möhkəmləndiyi qeyd olunub:

 

“Fəaliyyətsizliyin də öz dərsləri var. Hələb şəhəri çökə, MKİ-nin arxa durduğu on minlərlə döyüşçü daha etibarlı müttəfiq axtarışına çıxa və ABŞ region ölkələri üzərində nüfuzunu itirə bilər.

 

Obama administrasiyasının bəzi üzvləri ümid edirlər ki, Hələb məğlub olsa belə, qiyamçılar rejimə qarşı yeni cəbhələr yarada, Rusiyanı daha geniş əməliyyatlarla üz-üzə qoya bilərlər.

 

Ruslar artıq təşəbbüsü ələ keçiriblər. Siz bu gün Əsədlə və Rusiya ilə vuruşmurmuş kimi davrana bilməzsiniz”.

BIR CAVAB BURAXIN