Usubovla görüşdən sonra niyə istefa verdi? -İddialar

0
325

Türkiyənin sabiq daxili işlər naziri Efkan Alanın ani istefası ətrafında müəmma davam edir. AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Binəli Yıldırım arasında proqram xarici görüş keçirilib. Məhz bu görüşdən sonra Baş nazir daxili işlər naziri Efkan Alanın istefası və yeni təyinatlar barədə açıqlama verib. Efkan Alanın istefasından sonra onun yerinə Əmək və sosial təminat naziri Süleyman Soylu təyin olunub. Soylunu isə keçmiş vəzifəsində Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, millət vəkili Mehmet Müəzzinoğlu əvəzləyib.
Məlumata görə, vəzifə dəyişiklikləri öncəsi Ərdoğan Soylu və Müəzzinoğlu ilə ayrı-ayrılıqda görüşüb. Sözügedən dəyişikliklərin Ərdoğanın tələbilə həyata keçirildiyi ehtimal olunur.
İqtidara yaxın sima olaraq diqqət çəkən Efkan Alanın qəfil istefası ilə əlaqədar müxtəlif iddialar yayılıb. İddiaya görə, Ərdoğan FETÖ ilə mübarizənin sürətindən və koordinasiyadakı uyğunsuzluqdan uzun müddətdir ki, narazı olub.
Alanın 17-25 dekabrda 81 rayon polis rəisindən 74-ünün, idarə rəhbərlərinin hamısının, 7000 kəşfiyyatçıdan 6500-ünün FETÖ mənsubu olması barədə açıqlamasının da narahatlıq yaratdığı iddia edilir.

Eyni zamanda hərbi çevriliş cəhdi baş verən gecə Alayla uzun müddət əlaqə saxlamağın mümkün olmadığı bildirilir. Ala isə həmin vaxt təyyarə ilə Ərzurumdan Ankaraya uçmağa çalışdığı barədə açıqlama verib.

Bundan əlavə, Dolmabahçedə Xalqların Demokratiyası Partiyası (HDP) üzvləri ilə görüşən 3 şəxsdən Yalçın Akdoğan və Mahir Ünalın daha öncə nazirlikdən uzaqlaşdırılması, üçüncü şəxsin isə Ala olmasına diqqət çəkilir.
Məlumat üçün bildirək ki, Efkan Ala 6 il Baş nazirin müşaviri kimi çalışıb, daha sonra isə 3 il daxili işlər naziri vəzifəsini icra edib.
Xatırladaq ki, dünən Efkan Ala ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında görüş keçirilib. Görüşdən bir neçə saat sonra isə Ala istefa verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + 20 =