ürk ordusu və ASO 48 saat içində 69 kəndİ terrorçulardan təmizləyib

0
665

Türkiyənin Afrində PKK/YPG terror təşkilatına qarşı apardığı “Zeytun budağı” əməliyyatı davam edir.

Avropa.info xəbər verir ki, TSQ və ASO əməliyyatın ilk 48 saatında 7,5 km irəliləyərək nəzərdə tutulandan çox irəli gedib. Əməliyyatın 4-cü günündə əldə olunmalı nəticəyə əməliyyatın ikinci günündə nail olunub. “Habertürk”ün jurnalisti Çetiner Çetinin verdiyi məlumata görə, Afrinin Raco, Şedia və Surki bölgələrində şiddətli atışma gedir. PKK/YPG-nin əlində olan 21 mövqe vurularaq istifadəsiz hala salınıb.

130 km genişliyə və 7-9 km dərinliyə malik əməliyyat ərazisində TSQ, MİT və ASO PKK/YPG nəzarətində olan 69 kəndə girib, 9 kənd tamamilə təmizlənib. Hücum 9 istiqamətdən həyata keçirilir. Şenkal, Kurni, Bali, Edamanlı kəndi ilə Kita, Kordo ve Bibno fermaları, Suriya Tel Təpəsi, 240. Təpə və daha 2 təpə ələ keçirilib.

Sərhədin Türkiyə tərəfində qurulan 7 hərbi bazadan 3-nün Afrinin Raco, Qırmızı kənd və Şediaya aparılacağı bildirilib. 2150 nəfərlik avanqard qüvvəyə bu gün daha 1000 nəfər əlavə olunacaq.

Əməliyyat zamanı PKK-nın quraşdırdığı 17 tələ məhv edilib. Regiondakı 370 PKK üzvü 7 km geriyə çəkilib.

BIR CAVAB BURAXIN