Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dünya azərbaycanlılarının qurultayının bu dəfə Şuşa şəhərində keçirilməsi qələbəmizin növbəti təntənəsinə çevrildi

0
1951

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dünya azərbaycanlılarının qurultayının bu dəfə Şuşa şəhərində keçirilməsi qələbəmizin növbəti təntənəsinə çevrildi

 

2020-ci il Vətən müharibəsi xalqımızın gələcək inkişaf tarixi üçün bir çox kontekstdə yeni mərhələ açdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə vahid amal uğrunda birləşən xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi “dəmir yumruğ”a çevrilib düşmənin başına endi. Birliyimiz, həmrəyliyimiz xalqımızın apardığı mübarizənin simvolllarından birinə çevrildi. Təsadüfi deyil ki, o çətin anlarda yalnız Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız deyil, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız da “Qarabağ Azərbaycandır” şüarını dilində əzbərə çevirmişdi. Həmin günlərdə minlərlə soydaşımız Qarabağın azadlığı uğrunda döyüşmək üçün can atır, yaşadığı ölkədə Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün bütün gücünü ortaya qoyurdu. Bir sözlə, birliyimiz, həmləyliyimiz qələbəmizin mühüm amillərindən biri kimi çıxış etdi.

Artıq müharibə arxada qalıb və Qarabağımız öz azadlığına qovuşub. Qalib Azərbaycan regionda yeni siyasi, iqtisadi reallıqlar yaradır, qlobal əməkdaşlığın yeni platformalarını formalaşdırır. Bir neçə gün öncə Mədəniyət paxtaxtımız Şuşa şəhərinə yığılan həmvətənlərimiz də məhz qələbənin işığına toplaşdı. Prezident İlham Əliyev tərəfindən “Zəfər qurultayı” adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dünya azərbaycanlılarının qurultayının bu dəfə Şuşa şəhərində keçirilməsi qələbəmizin növbəti təntənəsinə çevrildi. Çünki bu qələbə Azərbaycan xalqının qələbəsidir və cənab Prezidentin də ifadə etdiyi kimi dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı: “Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

Bəli, artıq xaricdə yaşayan soydaşlarımız qəti və davamlı şəkildə Azərbaycan dövlətinin maraqlarını qoruyurlar. Onlar erməni diasporuna çox layiqli şəkildə cavablar verdilər. Bu da onu göstərir ki, dövlətimiz ilk illərdən aprardığı diaspora siyasətinin bəhrələrini görməyə başlayıb. Bu mənada məhz xarici ölkələrdə doğulan, böyüyən gənclərimizin fəallığı daha yüksək dəyərləndirilməlidir. Həmin gənclər öz azərbaycanlı kimlikləri ilə fəxr edirlər. Dövlətimizin illər ərzində apardığı mütəşəkkil, ardıcıl strateji xəttin uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan diasporası keyfiyyət baxımından bir neçə pilləni geridə qoyaraq daha yüksək mərtəbələrdə möhkəmlənib.Şuşada keçirilən qurultay hər bir azərbaycanlıya sevinc, fəxr hissi yaşatdı, həm də hər birimizdə məsuliyyət yaratdı. Dövlətimizin ideologi baxımdan apardığı iş aydın, görünən və dərindir. Bu siyasət həm uzun müddətə köklənib, həm də hesablanıb. Həmin ideoloji işin komponentlərindən olan iqtisadiyyatımızın genişləndirilməsi və gənclərimizin yeni dövrün tələblərinə uyğun formalaşdırılması və inkişafı davam etdirilir. Məhz bütün bunların nəticəsidir ki, öz həqiqətlərimizi dünyaya təqdim edə və onu qəbul etdirə bilirik.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

BIR CAVAB BURAXIN