“Ulduzlar evi”ndə baş verən yanğında ölənlərin sayı artıb

0
714

Moskvadakı Nikita bulvarındakı 12 saylı yaşayış binasında  baş verən yanğında ölənlərin sayı artaraq 6 nəfərə çatıb.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə RİA Novosti-nın fövqəladə hallar xidmətinin nümayəndərinə istinadən yaydığı məlumatda deyilir.  Agentliyin əməkdaşı ilə söhbətində fövqəladə hallar xidmətinin nümayəndəsi deyib ki, binanın qalıqları altından yanaraq ölən daha iki nəfərin cəsədi aşkar edilib. Bununla da yanan binada ölənlərin sayı artaraq 6-ya çatıb.

Xatırladaq ki, Nikita bilvarındakı  yaşayış  binasında yanğın fevralın 4-nə keçən gecə baş verib. Binada 4-cü və 5-ci mərtəbə tamam yanıb. Nəticədə binanın dam örtüyü tam şəkildə çöküb. Xilasedicilər hadisə yerindən 42 nəfəri, o cümlədən 8 uşağı xilas ediblər. Onlardan iki nəfərinin vəziyyəti daha ağırdır.

Qeyd edək ki, 1913-cü ildə inşa edilən bu tarixi Rusiyanın dəyərli mədəni irsinə aid edilir və adı xüsusi qorunan mədəniyyət obyektləıri siyahısındadır.

Yanan binada Rusiya mədəniyyətinin ulduzları, aktrisa İnqeborqi Dapkunayte, rəssam Hikas Safronov, müğənni Lyubov kazarnovski və dirijor Yuri Başmetin qızı yaşayıb.  Yanğın da məhz Başmetin qızının mənzilindən başlayıb.