Ukraynanın xaricə qaçmış oliqarxı Poroshenkonun çamadanlarından danışır

0
644

11

Ukrayna Radasının ölkədən qaçmış deputatı Aleksandr Onishenko gələn həftə Vaşinqtonda mətbuat konfransı keçirəcəyini bildirib. Siyasətçini Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə vətənə xəyanətdə ittiham edirlər.

Audioyazılar var

Daha öncə Onishenko Ukrayna prezidenti Petro Poroshenko barədə kompromatı əvvəlcə ABŞ, ardınca Rusiya xüsusi xidmət qurumlarına ötürdüyünü açıqlayıb. Onun ötürdüyü materiallar arasında Petro Poroshenko ilə danışıqların audioyazıları da var. Aleksandr Onishenko iddia edir ki, bu danışıqlar Poroshenko-nun “Ukrgazdobycha” şirkətindəki korrupsiya sxemlərindən xəbərdar olmasının və öz adamı – Ukrayna Radasının deputatı Ihor Kononenko vasitəsilə nağd pul almasının sübutudur. Onishenko “Nastoyaşee Vremya”ya müsahibəsində dövlət başçısının komandasındakı korrupsiya sxemlərinə şəxsən qatıldığını etiraf edib:

“”Tsentrenergo” dövlət şirkətinə baxın, mənim şirkətlərimə baxın. Onlar daim qaz təchizatına dair dövlət tenderlərini udublar. Özünüz düşünün, mən onları necə uda bilərdim? Nəzərə alın ki, qaz maksimum qiymətə satılırdı. Bu satış həmişə 2 min qrivnayadək pulun (təxminən 186 manat) Kononenko-ya verilməsi şərtinə əsaslanırdı. Belə sxemlər “Tsentrenergo”ya da şamil edilirdi, Odessa emal zavoduna da. Onlar qaz biznesindən bütün gəliri özlərinə götürürdülər… Nağd şəkildə”.

 

Kononenko-dan alınan “SMS”

Daha sonra Aleksandr Onishenko Kononenko-dan aldığı sms-i müxbirə təqdim edib.

“Salam. “Tsentrenergo”ya dair məlumat, 30.06 tarixi üçün qaz. Ümumi dəyəri 54 milyon 389 min (təxminən 3 milyon 700 min manata yaxın – red.) olan 3 milyon 812 min kubmetr qaz satılıb… Odessa liman zavoduna gəlincə, 2 min qrivna (təxminən 186 manat – red.) verilməlidir. Daha yüksək qiymət “itələməyə” çətinlik çəkirəm, ancaq öz hesabıma mümkündür”, – həmin SMS-də belə deyilir.

“Bax, dövlət müəssisələrinə qaz satışı bu şərtlərlə baş tutur. Həmin idarələrin hamısında onların adamları var. Onlar bütün bu idarələrə nəzarət edirlər”, – Onishenko-nun sözləridi

Hələlik, reaksiya yoxdur

Ukraynanın hüquq mühafizə orqanları, hələlik, Onishenko-nun iddiasına münasibət bildirməyiblər. Keçmiş deputat iddia edir ki, məlumatı ABŞ-ın ədliyyə departamentinə ötürüb. Ancaq amerikalı mütəxəssislər də, hələ ki, bu məsələdən söz açmayıblar.

Siyasətçi prezidentlə danışıqlarını, qanunsuz olaraq, qol saatındakı səsyazma qurğusuna yazdığını bildirib. Onun iddiasına görə, bu səs yazılarında müəyyən qanun layihələrini parlamentdən keçirmək üçün Rada deputatlarının satın alınmasının sübutu var. Belə qanun layihələri arasında islahatlardan ötrü zəruri olanları da var. Üstəlik, “112” kanalının satın alınması da şifahi müzakirə edilib. Alıcı – Poroshenko telekanalın qiymətini 25 milyon dollardan 17 milyon dollara endirməyə çalışıb. Onishenko-nun sözlərinə görə, “Ukrgazdobycha” şirkətindən alınan pullar Poroshenko-nun siyasi nüfuzunun gücləndirilməsinə xərclənə bil

Araşdırmaçı jurnalist yazır ki…

Ukraynalı jurnalist Dmitro Gnap da qaz satışı ilə bağlı korrupsiya sxemini araşdırır:

“Əlbəttə, “Tsentrenergo” dövlət şirkəti olsa da, istəsə, bu informasiyanı gizli saxlaya bilər. Ancaq biz Onishenko-nun dediklərindən şübhələnmədiyimizi deyə bilmərik. Prezidentin çevrəsi dəfələrlə “Tsentrenergo”nu… nəzarətdə saxlamaq üstündə yaxalanıb. Prezidentin ətrafı və şəxsən cənab Kononenko-nun… bu enerji şirkətinə kömür satmasının müxtəlif dəlilləri təqdim edilib… Kononenko-nun kömür satışını da nəzarətdə saxlaması artıq sübut edilmiş faktdır. İndi qaz satışını aydınlaşdırmaq qalır. Onishenko-nun dedikləri mənasız görünmür”.

Gnap-ın sözlərinə görə, bu satışın tender sənədlərində əksini tapmaması onun tenderlı gerçəkləşdirilməməsindən irəli gəlir. Ancaq o, lazım gələrsə, belə məlumatı almağın mümkünlüyünü də bildirir.

 

Nağd pulun çamadanlarla ora-bura daşınması jurnalist Dmitro Gnap-a təəccüblü gəlmir. Onishenko-nun deputatların satın alınmasında şəxsən prezidenti suçlaması da ona məntiqli görünür:

“Özəlliklə Panama qalmaqalından sonra… deputatların yalnız az hissəsi… ən gizli ofşor qurumlarla işləməyə hazırdır. Çünki o qurumlar artıq bir ildir ki, xarici xüsusi xidmətlərin nəzarətindədir. Üstəlik, araşdırmaçı jurnalistlərin göz qoyduğu sahədən söhbət gedir. İndi artıq ən yoxlanılmış ofşorlara da güvənmək olmaz. Yalnız dollar bükümlərinə inanmaq qalır”.

“Prezidentin şin yandırdığını görməmişəm…”

Dmitro Gnap-ın sözlərinə görə, prezidentin daim seçimi var: deputatları satın almaqla da islahat apara bilər, onları inandırmaqla da:

“Deputatlar ölkədə islahatlara gərəkli bu və ya digər qanunu qəbul etməkdən boyun qaçıranda, xalqın seçdiyi şəxs kimi, prezident hər zaman insanları Ali Radanın qarşısına çağıra, onlarla birgə Parlamentin qarşısında təkər şinlərini yandıra bilər. Ancaq mən görməmişəm ki, Ukrayna prezidenti Ukrayna Parlamentinin qarşısında şin yandırsın. Nədənsə bunu həmişə vətəndaş fəalları ediblər. Özü də prezidentin fraksiyası… elektron bəyannamə sisteminin tətbiqini bloklarkən”.

BIR CAVAB BURAXIN