Ukraynanın baş konstruktoru Azərbaycanda təyyarə yığacaq

0
586
 11

Ukraynanın məşhur “Antonov” aviakompleksinin baş konstruktoru Dmitri Kiva Kiyevdən Bakıya köçüb və burada Azərbaycanın aviasiya sənayesinin qurulması ilə məşğul olacaq. Virtualaz.org bildirir ki, bu xəbəri “Rambler News Service” (RNS) verib.

“Bəli, mən belə qərar vermişəm və bu kifayət qədər düşünülmüş addımdır. Ümid edirəm ki, Azərbaycanın maraqlarına uyğun aviasiya layihələrini gürçəkləşdirmək mənə nəsib olacaq”, – Kiva RNS-ə bildirib.

Bu qərarın necə verildiyi ilə bağlı suala cavab verərkən Kiva deyib: “Mənim “Antonov”dakı vəzifəmi sadəcə olaraq ləğv ediblər. Məndə olan məlumata görə, bunu “yuxarıdan” tapşırıblar. Odur ki, başqa çıxış yolum yox idi”.

Kiva An-70 hərbi-sərnişin, An-148 və An-158 sərnişin, An-140 regional sərnişin və An-178 hərbi-nəqliyyat təyyarələrinin qurucusudur.

BIR CAVAB BURAXIN