Ukraynada Azərbaycan əsilli məmurun işdən çıxarılması tələb edilir

0
341
 

Ukrayna Ali Radasında “Dövlət Fiskal Xidmətinin rəhbəri Nəsirov və onun birinci müavini Bilanın işinin qeyri-qənaətbəxş hesab edilməsi və vəzifələrindən çıxarılması haqqında” qərar layihəsi qeydiyyata alınıb.

Modern.az bildirir ki, Azərbaycan əsilli Roman Nəsirovun və onun müavini Sergey Bilanın vəzifələrindən uzaqlaşdırılması tələbinin səbəbini deputatlar bu məmurların çoxsaylı qanunusuzluqlara yol vermələri ilə izah edirlər.

Deputatlarin fikrincə, bu iki məmur xidməti vəzifələrindən sui-istifadə edərək təsərrüfat subyektlərinə, eləcə də ayrı-ayrı vergi ödərəyicilərinə təzyiq göstərib və effektsiz fiksal siyasəti yürüdüblər.

Azərbaycan əsilli məmur və onun müavini digər qanunusuzluqlarda da günahlandırılırlar.

Məsələn, Dövlət Fiksal Xidmətinin rəhbəri və onun müavini “Ukrnafta”nın 10 milyard qrivna cərimələnməsində fəaliyyətsizlikdə də qınanırlar.

Roman Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyası İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib.

Roman Nəsirov “Pyotr Poroşenko Bloku” fraksiyasından Ukraynanın xalq deputatı, Ali Radanın Vergi və gömrük siyasəti məsələləri komitəsinin rəhbəri, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupun sədridir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen + 12 =