Ukrayna Prokurorluğu DİN rəhbəri Arsen Avakova qarşı cinayət işinə başlayıb

0
289

Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işinin başlandığını bildirib.

 

Bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.

 

Məlumata görə, Baş Prokurorluqda DİN rəhbərinə qarşı cinayət işinin başlanması qərarı  Korrupsiya ilə Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra verilib.

 

“Mən cənab Şabunindən də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. Məhz Şabuninin məktubu əsasında, siz inanmayacaqsınız, DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb, çünki qanun qarşısında hamı birdir”, – deyə Lutsenko bildirib.

 

Onun sözlərinə görə, Baş Prokurorluğa ünvanlanan müraciətlərin hamısı eyni prosessual statusa malikdirlər.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

19 + eighteen =