Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş – Ölən və yaralananlar var

0
574

ukrayna

 

 

 

 

 

Donbasda Avdeyevka şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında separatçılar Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərini atəşə tutduqdan sonra hücuma keçiblər. Hücumun dəf edildiyini qeyd edən A.Motuzyanik bildirib ki, baş verən toqquşmalarda 3 Ukrayna hərbçisi həlak olub, 1-i yaralanıb.

“AFP” agentliyinin məlumatına görə, separatçılar döyüşdə 1 nəfər itirib, daha bir nəfərin yaralandığı bildirilir.

BIR CAVAB BURAXIN