Ukrayna Azərbaycanla “İpək yolu”nun ara tariflərini müzakirə edəcək

0
532

“Ukrayna Dəmir Yolları” ASC rəhbərliyi Azərbaycan və Gürcüstandan olan həmkarları ilə “İpək yolu” layihəsi çərçivəsində bu ölkələrin ərazisi ilə yük daşımalarının ara tariflərini müzakirə etmək niyyətindədir.

RİA Novosti xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan məlumat verib.

“Konfrans çərçivəsində Ukrayna, Gürcüstan, Azərbaycan dəmir yolları rəhbərləri səviyyəsində görüş keçiriləcək, bir sıra sahə məsələləri, xüsusilə, ara tarifləri müzakirə olunacaq. Əsas məqsəd cənubi “İpək yolu” və Fars körfəzi ölkələri istiqamətində yüklərin cəlb olunmasıdır”, – deyə Omelyan cümə axşamı keçirilən beynəlxalq konfrans zamanı bildirib.

Xatırladaq ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin (Xəzər və Qara dənizi vasitəsilə) marşrutu üzrə sınaq konteyner qatarı yanvarın 15-də İlyiçevskdən yola düşərək yanvarın 31-də Çinə çatıb.

BIR CAVAB BURAXIN