FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib.
Qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq.
Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.
Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı. (APA)