Gələn il hacı olmaq o qədər də asan olmayacaq

0
605
Səudiyyə Ərəbistanı qeyri-qanuni həcc ziyarətinin və ziyarət zamanı yaranan qarışıqlığın qarşısını almaq üçün zəvvarların şəxsiyyət və sağlamlıq məlumatlarını özündə əks etdirən elektron qolbaqlar tətbiq edəcək.
“Report” Türkiyə KİV-nə istinadən xəbər veiri ki, həccə getmək üçün viza alan hər bir insana bir ədəd elektron qolbaq veriləcək. Hacı namizədləri şeytanı daşlamağa və Ərafata gedərkən bu qolbaqları taxacaqlar.
Belə ki, elektron qolbağı olmayan adam həcc əməllərinin ən vaciblərindən sayılan şeytanı daşlaya bilməyəcək. Bununla qaçaq yolla hacı olmağa çalışanlar arzularına çata bilməyəcəklər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı höküməti bu il gec olduğu üçün elektron bilərziklərin tətbiqinə gələn ildən başlayacaq.

BIR CAVAB BURAXIN