Türklərin çoxu niyə ölkəni tərk etmək istəyir?

0
643

Протест в Стамбуле, 4 марта 2016

 Bülent Somey mühacirət etməyi və ya qalmağı seçməyib. Onun fikrincə, Türkiyə hökuməti sadəcə onu ölkəni tərk etməyə məcbur edib.

61 yaşlı professor öz əşyalarını onlarla qutuya yığaraq, İstanbulun BİLGİ Universitetinin tələbələri ilə vidalaşaraq Brüsseldə dərs deməyə gedib.

Onun fikrincə, onun həyatı burada təhlükəsiz olacaq. Onun gedişi Türkiyədən böyük miqyaslı ” beyin axının” bir nümunəsidir. Ölkənin hansı istiqamətdə inkişaf etməsilə razılaşmayan ali təhsilli insanlar Türkiyəni tərk edirlər.

“Biz hətta mühazirələrdə belə özümüzü təhlükəsiz hiss etmirik”, -deyə İstanbuldakı mənzilindəki rəfləri toplayan Bülent Somey deyir

“Biz danışığımıza diqqət etməliyik. Bəzi tələbələr sənin dediklərini yazırlar, sonra isə sən birdən prezidenti təhqir etdiyin barədə iqtidaryönlü qəzetlərdə oxuyursan. Nəsə yazsan, hədə və təhqir almağa başlayacaqsan”, deyə professor izah edir.

O, növbəti qutunu qablaşdırarkən evindəki kitabxanada olan iki min elmi kitabdan hansını özüylə götürmək üçün seçim etməlidir.

“Əvvəllər mənim dindar tələbələrlə yaxşı münasibətim var idi. Lakin indi onlar özlərini elita sayırlar, bizi isə rəqib. Hələ bir neçə il əvvəl onlar hakimiyyəti ələ almaq istəyirdilər. İndi onlar hakimiyyətdədirlər və bu hakimiyyəti onlarla bölüşmək hüququmuzu şübhə altına alırlar”.

Булен Сомей

Bülent Somey 2016-cı ildə Türkiyə rəhbərliyini kürd yaraqlıları ilə münaqişəyə son qoymağa çağıran petisiyanı imzalayan 1128 alimdən biridir.

Prezident Receb Tayyip Erdoğan petisiya müəlliflərini xəyanətdə ittiham etmişdi. Prezidenti dəstəkləyən yerli kriminal avtoritetlər onları “qanlarına qəltan edəcəklərini və bu qanda çiməcəklərini” vəd etmişdilər”.

Petisiyanı imzalayanlar bir-birinin ardınca işlədikləri universitetdən xaric edildilər.

Hazırda isə onlardan getmək imkanı olanlar Türkiyəni tərk edirlər. Digərlərinə qarşı isə “terrorun təbliği” ittihamı ilə cinayət işi qaldırılıb.

2016-cı ilin iyulunda 260 nəfərin ölümüylə nəticələnən dövlət çevrilişinə cəhddən sonra Türkiyədə mühacirlər dalğası davamlı olaraq artır.

Məlum iyul hadisəsi zamanı ümumilikdə ölkədə 60 000 insan həbs olunub, 150 000 nəfər ya işdən azad edilib, ya da ki müvvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Ölkəni tərk edən təkcə alimlər deyil

Ziyalılardan başqa ölkəni cəmiyyətin dünyəvi hissəsinin əksər qismi tərk edir, çünki dini millətçilik Türkiyədəki bütün həyat sferalaraına getdikcə daha artıq nüfuz edir.

Rəsmi mühacirət statistikası yoxdur, lakin mövzunu araşdıran zaman biz bəzi məlumatlar əldə etmişik.

2016-cı ildə kürdlərin müdafiəsi barədə petisiya imzalandıqdan sonra, 698 türk alimi New-York-dakı Scholars at Risk (“Alimlər təhlükə zonasında”) təşkilatına müraciət edərək onların təhlükəsiz bir yerə getmələrinə kömək etməyi xahiş ediblər.

Президент Реджеп Тайип Эрдоган, 21 декабря 2017

 

Böyük Britaniya XİN-nin məlumatına görə, son 5 il ərzində ölkəyə 17 000 Türkiyə vətəndaşı gəlib.

Almaniya dövlət statistika bürosu isə Türkiyədən ölkəyə gələnlərin sayının 7 000 olduğunu bildirib. Fransa XİN-i isə həmin vaxt ərzində 5 000-ə yaxın türk vətəndaşının ölkəyə gəldiyini hesablayıb.

Digərləri isə ölkəni tərk etmək üçün alternativ yollar axtarırlar. Onların arasında İspaniya və Portuqaliya vətəndaşlığı almağa cəhd göstərən 4 500 yəhudi mənşəli türk var.

Hər iki ölkə yəhudilərə XV əsrdə, inkvizisasiya illərində iberiyalı yəhudilərin deportasiya edilməsi qarşılığında təzminat olaraq vətəndaşlıq verir. Bu cür qaçqınların böyük hissəsini o zaman Osmanlı imperiyası qəbul etmişdi.

İspaniya və Portuqaliyaya köçməyə çalışanlar arasında yəhudi mənşəli olmayan bir çox türk də var.

Digər ölkəyə vətəndaşlıq barədə müraciət edən heç bir yəhudi türkü bizimlə danışıqlarını lentə köçürməyə razılıq vermədi. Ümumiyyətlə, ölkədən getməyə cəhd göstərənlərin çox az hissəsi bizə müsahibə verməyə razılaşdı.

Bu, Türkiyəni əhatəyə alan qorxu atmosferinin əlamətidir.

Biz bütün ailəsi ilə birgə İspaniyaya köçən bir insanla danışdıq. O, bizə adının çəkilməməsi barədə şərt qoydu.

“Mənim ürəyim bu səfərdən sonra sınıb. Mən artıq burada nəfəs belə ala bilmirəm”, o deyir.

“Mənim fikirlərim və ideyalarım burada kiməsə lazım deyil. Mənim həyat tərzim burada müsbət qarşılanmır. Biz indi kimin tərəfində olduğumuzu seçməliyik. Əgər bu “düzgün olmayan” tərəfdirsə, sizin biznes inkişaf etməyəcək. Siz hisslərinizi gizlətməli olacaqsınız, əks təqdirdə sizin problemləriniz olacaq. İndi siz sadəcə müsəlman, sünnü olmağa və hökuməti dəstəkləməyə məcbursunuz”, həmsöhbətimiz danışır.

Mən ondan “Özünü niyə təhülkədə hiss edirsən? Yəhudi olduğuna görə, yoxsa hökuməti tənqid etdiyinə görə?” deyə soruşuram.

“Hər ikisinə görə. Mən deyəndə ki, yəhudiyəm tez-tez bunu eşidirəm; “Siz özünüzü yəhudi adlandırırsınız, yəni siz türk deyilsiniz?””

“Qızıl vizalar”

Çoxları Yunanıstana köçür. Türklər burada yaşamaq icazəsi almaq üçün əmlak alan xaricilər arasında üçüncü yerdədir.

Son 4 il ərzində 430 Türkiyə vətəndaşı dəyəri 250 min avro və ya daha artıq olan mənzil almaqla Yunanıstana “qızıl viza” əldə edib. Portuqaliya və İspaniyada yaşamaq icazəsini almağa imkan yaradan məbləğin dəyəri isə 350 min avrodur.

Türkiyə mühacirlərinin bura can atmasının daha bir səbəbi də budur.

Протест в Анкаре, 22 сентября 2016

Afinada əmlak agenti kimi çalışan Selcan Türk Akropola görüntüsü olan mənzili mənə göstərir. O, bir qədər əvvəl bu mənzili türk ailəsinə satıb. Ötən il o, orta hesabla türklərə ayda 3 mənzil göstəriridi. İndi isə həftədə 3 mənzil göstərir.

“İnsanlar öz ölkəsində özlərini insan hüquqları, demokratiya və qanunla bağlı təhlükəsiz hiss etmirlər. Onlar hiss edirlər ki, burada əsl demokratiya və azadlıq var “.

Ölkəni tərk edən çoxlarının fikrincə, Türkiyədə məhz bu çatışmır. Burada indi vaxtilə türklərin arzuladığı Qərb demokratiyasına hətta cəhd belə yoxdur. Mümkündür ki, tənqidçilərin ölkədən getməsinə icazə verməklə hökumət onun siyasətinə qarşı cıxanlardan qurtulmaq istəyir.

Türkiyədə mühacirət dalğası daha əvvəllər də baş vermişdi. 1960-cı illərdə yüz minlərlə türk dəvət edilən işçi qismində Almaniyaya getmişdi. İkinci Dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasının ucuz işçi qüvvəsinə ehtiyacı vardı.

Türkiyədə sürətli iqtisadi inkişaf başladıqdan sonra, bəzi mühacirlər geri qayıtdılar, özlərini Erdoğanın dindar hökumətində evdəki kimi hiss edirdilər.

Lakin ölkə əhalisinin digər qismi ölkəni tərk edir, bu cür mühacirlər daha çox liberallar, intellektuallar, zənginlər və uğur qazanmış insanlardır.

Yaxın illər ərzində çox güman ki, Türkiyə bu itkinin nəticələrini hiss edəcək. 

BIR CAVAB BURAXIN