Türklər ABŞ-ın məxfi sistemini ələ keçirdi: Pentaqon ayağa qalxdı

0
353
Türkiyənin Hava Elektron Sənayesi (HAVESLAN) qurumunun ABŞ-ın dünya səviyyəsində tanınan Q-3D firmasını satın alması Pentaqonu hərəkətə keçirib.
Publika.az xəbər verir ki, HAVESLAN hava müdafiə sistemləri də daxil olmaqla müxtəlif cür həssas proqramların işlənib hazırlandığı Quantum – 3D firması ilə əvvəllər əməkdaşlıq edib.
Lakin firma bir müddət öncə iqtisadi böhranla qarşılaşdığı üçün istehsalı dayandırıb. Belə olanda HAVESLAN özünə lazım olan məhsulları ala bilmir.

“Hürriyet” yazır ki, problemdən çıxış yolları axtaran HAVESLAN toplantı keçirir və belə bir qərar qəbul edir: “Əgər bu firma böhran yaşayırsa, istehsalı dayandırıbsa, o zaman biz də bu firmanı satın alaq”.

Firma satın alınır, istehsal yenidən başlanır, hətta firmanın fəaliyyəti daha da böyüyür.
“Lakin bir gün HAVESLAN mesaj alır: “Q-3D-nin istehsal etdiyi bir məhsul var. Bu, ABŞ hava müdafiə sistemi üçün çox vacibdir. Buna görə də istehsal məsələsində anlaşmamız lazımdır”. Bu məhsul ABŞ-ın müdafiə sistemində məxfilik daşıyır. İndi şirkətlə Pentaqon arasında danışıqlar aparılır. Əslində, bu, Türkiyənin böyük uğurudur”, – deyə “Hürriyet” qeyd edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − ten =