Türkiyənin hərbi təyyarələri PKK terrorçularının mövqelərini vurub

0
586

Türkiyənin Hərbi Hava Qüvvələri (THHQ) tərəfindən Hakkarinin Çuxurca rayonu ərazisində təşkil edilən hava hücumu zamanı PKK terrorçularına aid 6 hədəf məhv edilib.

“Anadolu” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrindən (TSQ) bildirilib ki, kəşfiyyat dəyərləndirməsi nəticəsində THHQ-yə aid döyüş təyyarələrinin gün ərzində iki dəfə Çuxurca rayonu ərazisində hava hərəkatı təşkil olunub. Təsbit edilən 6 separatçı terror təşkilatı hədəfinin məhv edilib və tapşırıqları müvəffəqiyyətlə tamamlayan döyüş təyyarələri təhlükəsiz şəkildə geri qayıdıb.

Həmçinin bölgədəki təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Çukurca bölgəsindəki Uzundərə və Çağlayan mövqelərində davam edən qarşıdurmalarda 1 terrorçu zərəsizləşdirilib və xeyli silahı ələ keçirilib.

BIR CAVAB BURAXIN