Türkiyənin Qars vilayətinin Ermənistanla sərhəd ərazilərinin aktiv şəkildə nəzarətdə saxlanılması üçün müşahidə kameraları quraşdırılması işlərinə başlanılacaq.
Axar.az xəbər verir ki, bu barədə Qars valiliyinin açıqlamasında deyilib.
“Sərhədlərdə kamera quraşdırılması işləri tamamlanıb. Sınaq yoxlanışları davam edir. 2 milyon 880 min lirəyə başa gələcək layihə Türkiyə-Ermənistan arasında olan Qars sərhəd xəttini daha təhlükəsiz və etibarlı edəcək”, – deyə bəyanatda bildirilib.