Türkiyəli futbolçu Rusiyada məscid tikdirir

0
320

“Trabzonspor”dakı çıxışıyla adını klubun tarixinə yazdıran Gökdəniz Karadeniz 8 ildir şərəfini qoruduğu Rusiyanın “Kazan” klubunun da azarkeşlərinin rəğbətini qazanıb. 36 yaşlı futbolçu “Rubin”ə olan bağlılığını 2014-cü ildə sağ qoluna vurduğu “FK Rubin Kazan” döyməsi ilə də sübut edib.

 

Publika.az xəbər verir ki, indi də türkiyəli yarımmüdafiəçi Kazanda məscid tikdirmək qərarına gəlib. O, inşasına yeni başlanılan ibadət evinin son görüntülərini “Instagram” səhifəsində paylaşıb. Onun inşa etdirdiyi məscidin adının “Karadeniz məscidi” olacağı deyilir.

 

2008-ci ildən “Rubin”in uğurları üçün tər tökən Gökdəniz klubun rəmzlərindən birinə çevrilib. Burada 200-ə yaxın oyun keçirib və 37 qol vurub.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 + 18 =