Türkiyədə daha bir partlayış törədilib

0
614

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində törədilmiş avtomobil partlayışı nəticəsində bir uşaq həlak olub və daha 15 nəfər yaralanıb.

Anadolu agentliyinin Şanlıurfa valisi Azim Tunaya istinadən verdiyi xəbərə görə partlayış vilayətin Viranşehir elində, hakim və prokurorların yaşadıqları yaşıl massivdə törədilib.

Partlayış yerli vaxtla axşam 9 radələrində baş verib.

Tuna deyib ki, axşamın erkən saatlarında 18-20 yaşlarında bir şəxs partladıcılarla dolu avtomobilini yaşayış kompleksinin yaxınlığında park edib.

Valinin “terror aktı” adlandırdığı hadisə zamanı bombanın məsafədən partladıldığı bildirilir.

Ölən 3 yaşlı oğlan uşağı məhkəmə icraçılardan birinin övladı idi.

Tuna deyib ki, yaralıların vəziyyəti qənaətbəxşdir və onlara yerli xəastəxanalarda ilk tibbi yardım göstərilib.

Anadolu agentliyi bildirir ki, son iki il ərzində Türkiyənin cənub-şərqində müxtəlif terror hücumları törədilib. Hakimiyyət orqanları aktların İŞİD, PKK  tərəfindən törədildiyini bildirirlər.

BIR CAVAB BURAXIN