Türkiyədə Çevik Polis İdarəsi partladılıb – 9 ölü, 64 yaralı var

0
292

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb
***

Türkiyənin Şırnak əyalətinin Cizre rayonunda terrorçu PKK qruplaşması silahlıları polis məntəqəsinə bomba yüklü avtomobillə hücum ediblər.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, hadisə Cızre-Şırnak avtomobil yolunun üstündə, Cizre Təhlükəsizlik İdarəsi Çevik Polis Dəstəsinin yerləşdiyi ərazinin 50 metrliyində baş verib.
Terrorçular nəzarət məntəqəsində idarə edilən partlayıcı quruğu yüklü avtomobili partladıblar.
Məlumata görə, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılar Cizre dövlət xəstəxanasına yerləşdirilib.
Çevik Polis Dəstəsinin binasına ciddi ziyan dəyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + 17 =