Türkiyədə 13 ələvi dərnəyi bağlanıldı

0
661

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 13 ələvi dərnəyi bağlanılıb.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, həmin qurumların Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən yaradıldığı bildirilir.
Əskişəhər Hacı Bektaş Vəli Mədəniyyət, Sosial və Yardımlaşma Dərnəyinin sədri Kamer Ali Durur Türkiyənin baş naziri Binəli Yıldırımla görüşdə bu məsələni qaldırdıqlarını söyləyib: “Həmin dərnəklərin sədrləri ələvi belə deyildilər. Sadəcə, içərilərində bir-iki nəfər ələvi vətəndaşımız ola bilər, ancaq bu dərnəklər tamamilə FETÖ-ya bağlıydılar. Ona görə də belə bir qərarın verilməsi faydalıdır”.

BIR CAVAB BURAXIN