Türkiyə xaricdə yerləşən ən böyük hərbi bazasını rəsmən açdı

0
417

Türkiyənin xaricdəki, ən böyük hərbi bazasının açılışı olub.Türkiyənin xaricdə ki, ən böyük hərbi bazası Somalidə yerləşir.
Türkiyə baş qərargah rəisi Hülisi Akar bu məqsədlə Somaliyə gedib.Teleqraf.com xəbər verir ki, Hülisi Akar Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd tərəfindən qəbul edilib, habelə somalili həmkarı ilə müzakirələr aparıb.
General Akar deyib ki, türk hökuməti Somalinin hərbi sahədə güclənməsi üçün mümkün dəstəyini verəcək.
Qeyd edək ki, Türkiyənin Somalidə qurduğu hərbi baza qardaş ölkənin xaricdə ən böyük hərbi bazası hesab olunur. Bu baza eyni zamanda Somali üçün ən böyük hərbi təhsil akademiyası sayılır, burada ildə 1500 əsgərə təlim və elm öyrədilir. Somalidən başqa Türkiyənin Qətər Əmrliyində də hərbi bazası mövcuddur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + nine =