Türkiyə və İsrail arasında tarixi razılaşma – DETALLAR

0
786

Türkiyə və İsrail arasında aparılan danışıqlarda bütün məsələlər razılaşdırılıb.

 

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Hürriyyət” nəşrinin yazarı Dəniz Zeyrək yazıb.

 

Onun sözlərinə görə, razılaşma 26 iyunda açıqlanacaq. Amma Dəniz Zeyrək razılaşmanın bəzi detallarını yazıb. Daha əvvəl “Mavi Mərmərə” gəmisinə hücuma görə üzr istəyən və təzminat ödəməyi qəbul edən İsrail Qəzzaya tətbiq olunan embarqonu Türkiyə üçün yumşaldacaq. Razılaşmaya görə, Qəzzada xəstəxanadan sonra, elektrik stansiyası və su təmizləmə təsisi tikiləcək.

 

Türkiyədən Qəzzaya göstəriləcək bütün yardımlar və inşaat üçün lazım olan materiallar Aşdod limanından keçirilməklə problemsiz şəkildə Qəzzaya çatdırılacaq.

 

Qarşılıqlı şəkildə səfirlər təyin ediləcək və diplomatik əlaqələr normal vəziyyətə qayıdacaq.

 

Razılaşma heç bir problem olmadan icra olunsa beynəlxalq təşkilatlarda irəli sürülən iddialar geri çəkiləcək, birgə hərbi təlimlər bərpa ediləcək, birgə enerji və müdafiə sərmayələrinin önü açılacaq.

 

BIR CAVAB BURAXIN