Türkiyə və İrandan birgə Qəndil əməliyyatı

0
597

Türkiyə və İran PKK terror təşkilatına qarşı birgə mübarizəyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mübarizə Qəndil bölgəsindən başlayacaq.

İraq Kürdüstanının lideri Məsud Bərzaniyə qarşı İraq və İranla bir çox məsələlərdə birgə addımlar atan Türkiyə eyni müstərəkliyi PKK ilə mübarizədə də göstərmək niyyətindədir.

Hazırda Ankara və Tehran arasında PKK və onun İran qolu sayılan PJAK-ın qarşısının alınması üçün atılacaq addımlar müzakirə edilir.

Danışıqlar zamanı Ankara Tehran qarşısına bir neçə vacib şərt qoyub:

“Bunlar Qəndil ilə İran arasındakı sərhəd qapıları bağlanmalı, terrorçuların keçidlərinin qarşısı alınmalı, ələ keçən terrorçular Türkiyəyə verilməlidir. Bu tələblərin Tehran tərəfindən qəbul edilməsi ilə Qəndil PKK-çı terrorçular üçün təhlükəsiz zona olmaqdan çıxacaq. Təşkilata ağır zərbə endirəcək. Bunun əvəzində isə türk ordusu davamlı hava əməliyyatları keçirəcək. Qəndildən sonra növbə Mahmur və Sincar bölgələrinə keçəcək”.

BIR CAVAB BURAXIN