Tottinin çempion görmək istədiyi komanda “Roma” deyil

0
569

“İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə çox həyəcanlandım. Hələ də özümə gələ bilmirəm”. Bu sözləri əfsanəvi futbolçu Françesko Totti deyib.

“Roma”nın sabiq kapitanı ölkəsinin mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib. O, İtaliya yığmasının DÇ-2018-dən kənarda qalmasını hələ də qəbul edə bilmir: “Digər italiyalılar kimi, mən də Rusiyaya gedə bilməyəcəyimizi ağlıma gətirmirdim. Lakin belə alındı və bu, bütün dünya futbolunda şok effekt yaratdı. İtaliyasız mundiala baxmaq çox qəribə olacaq”.

Totti A seriyasının cari mövsümü haqda da fikirlərini bildirib. Maraqlıdı ki, o, sabiq komandası “Roma”nın yox, “Napoli”nin çempion olmasını istəyir: “İtaliya çempionatında həmişə eyni səviyyədə 3-4 komanda çıxış edib. Amma “Yuventus” daim hansısa komponentdə üstün olub. “Napoli”nin oyunlarına baxmaq həmişə xoşdu. Onları çempion görmək istərdim. Turində çempionluğu qeyd etməkdən yorulublar. Neapolda isə bu uğurla 100 il yaşayarlar”.

Qeyd edək ki, Françesko Totti 1992-2017-ci illərdə “Roma”nın şərəfini qoruyub.Apasport.az

 

BIR CAVAB BURAXIN