Ankara Suriyanın şimalında yerləşən Menbiç və El-Bab şəhərlərini “İslam dövləti” terror qruplaşmasının döyüşçülərindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaq niyyətindədir .
Virtualaz.org bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz həmişə vurğulayırıq: yerüstü əməliyyatsız biz bu qanlı terror qruplaşmasının öhdəsindən gələ bilmərik. Bizim hədəfimiz — Menbiç və El-Babı terrorçularından təmizləmək və sonra orada təhlükəsizlik zonasını yaratmaqdır”, – deyə o CNN-ə müsahibəsində bildirib.
Çavuşoğlu əlavə edib ki, gələcəkdə Suriya Rakkası və iraq Mosulu kimi əhəmiyyətli şəhərləri də İŞİD terrorçularından azad etmək lazımdır.
Virtualaz.org