Türkiyə prezidenti Ərdoğana qarşı sui-qəsd

0
583
Kiril əlifbasına bənzəyən bir əlifba ilə Ərdoğana qarşı sui-qəsd planı aşkarlandı.
Terror təşkilatı PKK-ya bağlı TAK döyüşçülərinin Prezident Ərdoğan və ailə fərdlərinə qarşı hazırladığı şifrəli sui-qəsd planı ortaya çıxıb.
PKK- nın sui-qəsd dəstəsinin planı deşifrə edilib və sui-qəsd dəstəsi ələ keçirilib.
TAK-ın bazasından hədəflərindəki adların siyahısı və terror təşkilatı rəhbərlərinin fotoşəkilləri ortaya çıxıb. Sənədə görə, TAK-ın hədəfindəki adlar; Prezident Ərdoğanın oğlu Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan ilə kürəkəni Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, digər kürəkəni Selçuk Bayraktar və Turkuvaz Media İdarə heyətinin başçısı Serhat Albayrak olub.
Maraqlısı isə hədəfdəki adların latın əlifbası ilə açıq şəkildə yazılmamış olması və slavyanların kiril əlifbasına bənzər bir əlifba ilə qələmə alınması olub. Təhlükəsizlik xidməti kiril əlifbasındakı hərflərin yerinə latın əlifbasındakı qarşılıqlarını qoyduqdan sonra hədəf olan prezidentin və ətrafındakı şəxlərin adlarını öyrənib.(a24.az)

BIR CAVAB BURAXIN