Türkiyə ordusu 50 ədəd pilotsuz kamikadze dronla gücünü artıracaq

0
321

Türkiyə Hərbi-Sənaye Kompaniyası STM(Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) ordunun ehtiyacları üçün nəzərdə tutulan pilotsuz kamikadze Kargu dronlarının istehsalını sürətləndirib.

Arazinfo.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, artıq ordu üçün nəzərdə tutulan 50 drondan 10-u istehsal edilərək Müdafiə nazirliyinə təqdim edilib. Bu günə kimi Müdafiə nazirliyinin sifarişi əsasında ordunun ehtiyacları üşün 65 ədəd pilotsuz kamikadze Kargu dronları verilib. Növbəti 50 ədəd kamikadze Kargu dronlarının istehsalı sürətlə davam edir. Buna paralel olaraq STM xaricə satılan kamikadze dronların saylarının artırılması üzərində də iş aparır.

STM həmçinin pilotsuz uçan aparatların yeni, o cümlədən süni intellektlə təmin edilən modifikasiyasının istehsalı üzərində də iş aparır. Belə dronların düşmən obyektlərini məhv etmə gücü onlarla dəfə çox olacaq.