Türkiyənin Müdafiə naziri Fikri İşıq raketləri havada yaxalayıb yox edən yeni silah növü hazırlandığını açıqlayıb.Axar.az xəbər verir ki, NTV-nin suallarını cavablandıran nazir yeni silahların əsasən “Qrad” (“Katyuşa”) raketlərinə qarşı istifadə olunacağını deyib:
“Təxminən il yarımdır ki, bu silah üzərində çalışırdıq. Silah tam hazırdır, testdən keçirilir. İndi detallı məlumat vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, yeni silah fərqli texnologiya üzərində qurulub”.