Türkiyə Afrinlə bağlı Suriyaya xəbərdarlıq etdi

0
362
Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, heç kim bizi dayandıra bilməz.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirirkən deyib.
İordaniyada səfərdə olan M.Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir. Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur:
“Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, heç kim bizi dayandıra bilməz”.(Oxu.Az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen − 17 =