Trampı yalnız İsraildə sevirlər

0
520

Amerika Sosial Tədqiqatlar Mərkəzi Pew Research Center dünyanın müxtəlif ölkələrində ABŞ-a və Donald Trampa münasibəti öyrənmək üçün sosial sorğu keçirib.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rəy sorğusuna əsasən Donald Trampın prezident seçilməsindən sonra dünyada ABŞ-a olan münasibət pisləşib.

Məlum olub ki, ABŞ-ı ən çox Avropada sevmirlər. Məsələn Almaniyada rəyi soruşulanların 80-90 faizi Tramp sevmir. Fransada isə rəyi soruşulanların yalnız 9 faizi Trampa rəğbət bəsləyir. Meksikada rəyi soruşulanların 6, Kanadada isə cəmisi 25 faizi Trampa yaxşı münasibət bəsləyir.

Rəy sorğusu zamanı Trampın ən çox İsraildə sevildiyi məlum olub. İsraildə rəyi soruşulanların  69 faizi Trampa rəğbət bəsləyir. Buna səbəb Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qərar qəbul etməsidir.

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN