ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp, seçiləcəyi təqdirdə Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyacağını deyib.
Sputnik xatırladır ki, Tramp bu sözlərini İsrailin baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkdaki görüşü zamanı deyib.
Amerikalı bir çox siyasi analitiklər Trampın bu sözlərini seçki öncəsi kampaniya kimi dəyərləndirərək, respublikaçı namizədin yəhudi lobbisini öz tərəfinə çəkməyə çalışdığını bildirib.
Mövzu ilə bağlı rəsmi Təl-Əvivdən də açıqlama verilib. “Hörmətli Donald Tramp, müqəddəs Qüds şəhərinin yəhudi xalqının 3000 il ərzində əbədi paytaxtı olduğunu etiraf edib. Amerika, Tramp administrasiyası dövründə nəhayət ki, Konqresin Qüdsün İsrailin ayrılmaz paytaxtı kimi tanınması qərarını təsdiqləyəcək”, — deyə, İsrail hökumətinin bəyanatında qeyd olunur.