Tramp qabağa keçir. Nəticələr

0
364

11

Florida Trampı seçir – Klintonun şansları azalır

29 elektoral səslə Florida Trampı dəstəkləyən ştatların sırasına qoşuldu. Klintonun şansları hələ də yüksək olsa da, növbəti bir neçə ştatdan gələcək nəticələr seçkinin taleyini həll edə bilər.

Hazırda Donald Tramp hələ də irəlidədir.

07:57

Tramp daha bir vacib ştatda qalib gəlib

Donald Tramp vacib ştatlardan birində – Ohayoda qələbə qazanıb. ABŞ tarixində indiyə qədər heç bir respublikaçı namizəd bu ştat olmadan prezident ola bilməyib.

Daha bir ştat, əvvəlki seçkilərdə adətən demokratlara səs verən Miçiqan da bu dəfə Trampa tərəf meyllidir.

Klinton Nyu Meksiko və Kolorado ştatlarında qalib gəlsə də, Trampla arasında elektoral səs fərqini azalda bilməyib.

Bu xəbərlərin fonunda dünya bazarlarında ciddi eniş müşahidə olunur. Neftin bir barelinin qiyməti 4% enərək $43.17 qərarlaşıb. Meksikalı imigrantlara qarşı kəskin mövqeyi ilə seçilən Trampın önə keçməsi Meksika Pesosunun da kəskin ucuzlaşmasına səbəb olub.

06:44

Hər iki namizəd əlavə səslər qazanıb, Tramp öndədir

Nəmizədlərdən hər biri əhəmiyyətli qələbə qazanıb. Klinton böyük əhali sayı olan Nyu York ştatını, Tramp isə ən böyük ştatı – Texası öz hesabına yaza bilib.

Beləliklə, hazırki vəziyyətə görə, Donald Tramp həm elektoral kollec səslərinə, həm də ümumi səs hesabına görə qabaqdadır.

Bir neçə ştat əsas mübarəzə mərkəzlərinə çevrilib. Bunlardan Florida, Ohayo və Virciniya ştatlarının nəticələri az sonra elan ediləcək.

Florida gözləntilərə rəğmən demokratlar üçün asan qələbə olmayacaq. Klintonun seçki yoldaşı, vitse-prezidentliyə namizəd Tim Keynin doğma ştatı Virciniyada isə respublikaçılar hələ ki, irəlidədir.

06:05

Seçkinin ilkin nəticələrinin elanı, təhlillər, operativ məlumatlar – currenttime.tv-də canlı yayımlanır Verilişi rus dilində burada izləyin:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × three =