Tramp daha bir məmuru istefaya göndərdi

0
611

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Qerbert Makmasteri istefaya göndərib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun yerinə bu vəzifəyə ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Con Bolton təyin edilib.

 

“New York Times”-ın məlumatına görə, Qerbert Makmaster öz istefasını bir neçə həftə ərzində D.Trampla  müzakirə edib.

 

D.Tramp Q.Makmasterin “İŞİD-in darmadağın olunmasında, KXDR-in danışıqlar masasına cəlb etməkdə və ölkənin  rifahının yaxşılaşdırılmasında”  rolunu yüksək qiymətləndirib.

 

Məlumata görə, qərar D.Tramp və Q.Makmaster tərəfindən qarşılıqlı razılıq əsasında verilib.

 

 

BIR CAVAB BURAXIN