“Terrorçulara silah verən onlarla əlbirdir” – Ərdoğan

0
590
Ankara srağagün Suriyanın Afrin əyalətində Türkiyə tankının vurulduğu silahı terrorçulara hansı ölkənin verdiyini araşdırır.
RİA Novosti xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, ötən gün Afrində türk tankının vurulması nəticəsində 5 ekipaj üzvü həlak olmuşdu.
“Biz beş hərbçimizin ölümünə səbəb olmuş hadisəni araşdırır, tankın hansı ölkənin silahı ilə vurulduğunu aydınlaşdırırıq. Elə indicə Baş qərargah rəisi ilə bu barədə danışdıq.
Bizim müəyyən gümanlarımız var, lakin indi onları açıqlamaq tezdir, dəqiq nəticələri gözləmək lazımdır. Hansı ölkənin bu silahı terrorçulara verməsindən asılı olmayaraq – o, terrorçularla əlbir hərəkət edir”, – deyə, Ərdoğan bazar günü Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

BIR CAVAB BURAXIN