“Terrorçular Suriya və İraqdan qaçırlar” – Bakıda müzakirə

0
461

Suriya və İraq ərazisindəki terror qruplaşmalarının üzvləri digər ölkələrin ərazisinə keçir.

AzVision.az xəbər verir ki, bunu Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey Bakıda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, terror təşkilatları distant cəlbetmə üsulundan istifadə edərək vətəndaşları münaqişə zonalarına aparır.

“Terror təşkilatların internet vasitəsilə insanlara təsirini azaltmaq üçün MDB-yə üzv dövlətlərin qarşılıqlı təmasda fəaliyyəti vacibdir. Bu işdə mülki strukturlarla da əməkdaşlıq edilməlidir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) təşkilatçılığı ilə oktyabrın 5-də Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası keçirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nine + 1 =