Tatar lideri: “Krım onsuz da de-fakto Rusiyanın idi”

0
628

“Son 23 ildə Krımda klassik ərazi muxtariyyəti idi. Amma bu müddətdə Krım Ukrayna dövlətinin tərkibində de-fakto Rusiya muxtariyyəti idi”.

 

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı, Krım-Tatar Məclisinin başçısı Refat Çubarov bildirib.

 

Onun sözlərinə görə, 2014-cü ilə qədər yarımadada idarəçiliyin bütün alətləri etnik əksəriyyətin əlində (ruslar –red.) cəmlənmişdi.

 

Daha əvvəl isə Çubarov bildirib ki, Ukrayna yarımadanı Krım tatarlarının öz müqəddəratını təyin etmə hüququna məhəl qoymadığı üçün itirib. Onun fikrincə, Kiyev 23 il ərzində Krım tatarlarının muxtariyyət haqqında xahişlərinə diqqət yetirməyib.

 

“Bunun nəticəsidir ki, Ukrayna hakimiyyətinin mövqeləri yarımadada zəif idi. Rusiya bundan istifadə etdi”, – o, vurğulayıb.

 

Ukrayna prezidenti Pyotr Poroşenko isə qeyd edib ki, yaxın vaxtlarda ölkə konstitusiyasına dəyişikliklərin daxil edilməsinə təşəbbüs göstərəcək. Dəyişikliklər yarımada ərazisində Krım tatarlarına muxtariyyət hüququ verəcək.

 

Qeyd edək ki, Krım 1954-cü ilə qədər Rusiyanın tərkibində olub. Yarımada Nikita Xruşov tərəfindən Ukraynanın tərkibinə verilib. 2014-cü ildə isə Krım Rusiya tərəfindən ilhaq edilib.

 

BIR CAVAB BURAXIN