Tarkan azərbaycanlı aparıcının mahnısını oğurladı — VİDEO

0
398
Türkiyənin meqa starı Tarkan tanınmış azərbaycanlı aparıcı Elcan Məmmədlinin mahnısını oğurlayıb.

Bu barədə “Ölkə.az”-a E.Məmmədli özü məlumat verib. Onun sözlərinə görə, bir neçə il öncə “Elit star” Cəmilə üçün yazdığı “Sənə görə” mahnısının nəqarəti Tarkanın ötən ilin hiti olan “Beni çok sev” mahnısının nəqarətiylə eynidir:

“Bu məsələdə məhkəməyə getmək, hüquqlarımı tələb etmək fikrim yoxdur. Amma insanların doğrunu bilməsini istəyirəm. Hətta bu bəstəmi başqa bir türk müğənni də oxumuşdu. Bu mahnını dinləyəndə isə şoka düşdüm. Mahnımın bütöv bir parçası oğurlanaraq “Beni çok sev”ə əlavə edilib”.

Qeyd edək ki, yaxın günlərdə E.Məmmədlinin oğurlanan telelayihələriylə, həmçinin efirdən uzaq düşməsinin səbəbiylə bağlı geniş açıqlamasını oxuyacaqsınız.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − 3 =