Tarixi qələbəmiz,düşmənin tarixi məğlubiyyəti ilə bitdi

0
1919

Bir  çox tarixi  hadisələr  öz  dəyərini  və əhəmiyyətini  zaman ötdükcə daha bariz şəkildə biruzə verir. İnsanlar və xalqlar daha dolğun nəticəyə gəlirlər. Bu həm  fərdlərin, həm də xalqların keçdikləri yolda rast gəlinən obyektiv həqiqətdir. Təsadüfi deyil ki, siyasət və tarix  anlayışlarını müqaisə edərkən: “Siyasət bu günki tarix, tarixsə, keçmiş siyasətdir” deyirlər. Ötən 28 ilin tarixi, həm də siyasi proseslərinə  nəzər  saldıqda bu ifadənin nə qədər  məntiqi  olduğunu  anlamaq  olur. XX əsrin 90-cı illərinin  əvvəlində baş vermiş erməni işğalları, bu işğaldan  ötən  dövr ərzində həyata  keçirilən,  şahidi olduğumuz siyasət, beynəlxalq  güclərin ikiüzlü, öz mənafelərinə xidmət edən mövqeyi, keçmiş Qarabağ probleminin  həllində dövlətimizin, dövlət rəhbərimizin həm daxili, həm də xarici siyasətdə sərgilədiyi ardıcıl, mətin mövqe, uzun illərdir  işi-gücü “düşmən dəyirmanına su tökmək” olan, adını müxalifət qoyub faktiki  düşmənçiliklə  məşğul  olan marginal siyasi  qruplaşmaların  antiazərbaycan  mövqeyi qeyd olunanların  sübutudur.

Eyni zamanda ötən bu illər ərzində dövlətmizin, cəmiyyətimizin  və ən əsası  hər bir Azərbaycan  vətəndaşının daha güclü, daha sağlam, sosial rifahı  daha yüksək olan  fərd kimi  yaşamasından  ötrü həyata  keçirilən  sosial-iqtisadi və mədəni-siyasi layihələr, dövlət proqramları, beynəlxalq səviyyədə – həm dövlətərarası, həm də beynəlxalq birliklərlə  aparılan iş, yekun etibarı ilə bizə bu günkü Azərbaycanı – dinamik inkişaf edən, tam daxili  siyasi sabitliyə nail olmuş, ümumi iqtisadi  göstəriciləri hər il artan, qüdrətli orduya malik, əhalinin sosial rifahına yönəlik tədbirlərlə  sosial tərəqqiyə  nail olmuş, beynəlxalq və regional  nüfuzuna görə dünyada istənilən səviyyədə mövqeyi qəbul olunan, sözü keçən bir dövləti, cəmiyyəti bəxş  etmişdir.

Heç şübhəsiz ki, bu tarixi eksrursdan gəlinən  nəticə əslində keçilən  uzun yolun sonunda  hansı tarixi  nailiyyətlər əldə  etdiyimizi  sübuta yetirir. Bu sübutları  sadalamaqla  bitən deyil. Zaman ötdükcə bütün bu qeyd  olunanları  bir  dövlətin, cəmiyyətin tarixi və gələcəyi  üçün nə qədər böyük önəm daşıdığı bəlli olur. Bu mənada xüsusi  qeyd olunan  və bütövlükdə dövlətçilik  tariximizə  qızıl hərflərlə  həkk olunmuş, 44 gün davam edən Vətən  müharibəsi həm uzun illər ərzində əldə olunmuş  gücün,  möhkəm təməllər üzərində imza edilmiş  strategiyanın məntiqi yekunu və davamlılığının təminatı idi.

27 sentyabrdan  başlanan “Zəfər” yolu  8 noyabr 2020-ci ildə  tarixi qələbəmiz,  düşmənin  tarixi  məğlubiyyəti ilə bitdi.

44 gün davam edən  müharibənin hər dəqiqəsi  tarixə döndü. Ordunun  strateji və tarixi  döyüş  əməliyyatları, dövlətlə xalqın  birliyi və bütün  bu günlər ərzində təkcə  səngərdəki hərbiçilərimizi deyil, diplomatik cəbhədəki  gedişləri ilə  həm də  xalqını ruhlandıran Ali Baş Komandanın dəmir iradəsi bu qalibiyyəti bizlərə yaşatdı. Şəhidlərimizin, qazilərimizin mərdliyi, məsuliyyəti, döyüş ruhu  bu  qələbəni bizə  bəxş etdi. Təkcə Ermənistana deyil bütün dünyaya sübut edə bildik ki, keçmiş Qarabağ  probleminin  həlli  öz əlimizdə olub. Amma beynəlxalq  ictimaiyyətə olan güvənimiz, mənfur qonşumuzun nə zamansa, “ipə-sapa  yatacağına”  olan  inamımız bizi həm  səbrli olmağa, həm də  daha  güclü olub  düşmənin  başını  əzmək üçün  dünyanı  qandırmağa  vaxtımız olsun deyə hərəkətə keçməmişik. Lakin nə beynəlxalq  ictimayət, nə də hiyləgər qonşu  bunu  dəyərləndirməyib. Odur ki,  Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə  öz  yerini göstərdi.

İndi möhtəşəm  tarixi  gündən düz 2 il ötür. Bu iki il ərzində xalqımız  qələbənin  təntənəsini  yaşamaqdadır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqllar Şurasının sədri