Taliblər göyərtəsində Rusiya vətəndaşının olduğu helikopter heyətini girov götürüb

0
605

Pakistana məxsus “Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi  Loqar əyalətində qəza enişi edib.

 

APA-nın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb.

 

Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir.

 

Pilotlar taliblər tərəfindən girov götürülüb.

BIR CAVAB BURAXIN