Tərtərdə partlayış – 8 yaşlı uşaq xəsarət aldı

0
592

Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Əslən Laçın rayonundan olan məcburi köçkün, Əskipara kənd sakini 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantılara od vurub. Daha sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, E. Hüseynli üz nahiyəsi və iki ayaqlarında yanıq xəsarəti ilə xəstəxanaya daxil olub. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.

BIR CAVAB BURAXIN