Təcili! Azərbaycandan keçən 213 kiloqram heroin Gürcüstanda tutuldu

0
680

Gürcüstan DİN Batumi limanının gömrükçülərinin  saxladığı və Azərbaycandan keçib bu ölkəyə daxil olan narkotiklə bağlı açıqlama yayıb. Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən narkotik 178 kiloqram deyil, 213 kiloqram ağırlığında olub. Mal iyunun 12-də yük maşınının qoşqusunda yerləşən xüsusi saxlanc yerində aşkarlanıb, narkotik maddə hərəsində 600 qram olmaqla 356 bağlamada yerləşib. Faktla bağlı cinayət işi qaldırılıb, traylerin sürücüsü saxlanılıb.

*   *  *14:51

Gürcüstanın Batumi limanının gömrük xidməti əməkdaşları xüsusi saxlanc yerində 178 kiloqram heroin gizlədilmiş trayleri saxlayıb.

Virtualaz.org xəbər verir ki, gürcü KİV-lərinin az əvvəl yaydıqları məlumata görə traylerin sürücüsü Hollandiya vətəndaşıdır. Avtomobil İrandan Azərbaycan ərazisinə daxil olub, buradan tranzit hərəkət edərək Gürcüstan ərazisinə keçib. Traylerin marşrutu Batumi limanından bərə ilə Ukraynaya hərəkət etmək idi. Bildirilir ki, yaxın saatlarda Gürcüstan DİN bu haqda rəsmi açıqlama yayacaq.

BIR CAVAB BURAXIN