Təbrizdə təkəmçi ənənəsi – Video

0
422

12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçiyə təkəmçi deyilir.

Kult.az xəbər verir ki, təkəmçilər hansı evin qapısında şeir oxusa və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar. Buna “pay” deyilir. Həmçinin təkəmçi özü də şeir ilə mükafatlandırılmasını xatırladar.

Cənabi Cəbrayıl namə gətirdi

Gətircəyin peyğəmbərə yetirdi

Mübarək qolların göyə götürdü

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək…

Bizim yerdə yumurtanı yuyarlar

Onu dönüb yeddi rəngə boyarlar

Yeddisin də təhvil üstə qoyarlar

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək…

Bizim yerdə qovun-qarpız əkərlər

Onu tamam şəhərlərə tökərlər

Təzə ilin həsrətini çəkərlər

Sizin təzə bayramınız mübarək

Ayınız, iliniz, həftəniz, gününüz mübarək…

https://youtu.be/b4U5RbmPW18

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen − seven =