Suriyada rusiyalı polkovnik-leytenant həlak olub

0
610

Suriyada hökumət ordusunun silahlılar tərəfindən atəşə tutulması nəticəsində rusiyalı hərbi müşavir, polkovnik-leytenant Aleksey Buçelnikov həlak olub. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Buçelnikov Suriyadakı rusiyalı hərbi müşavirlərin tərkibində xidmət çəkib. O, Suriya ordusunun artilleriya birləşmələrinin şəxsi heyətinə təlim keçirmiş.

Döyüş hazırlığı üzrə təlim zamanı birləşmə qəfil terrorçuların snayperi tərəfindən atəşə tutulub. Nəticədə Aleksey Buçelnikov ölümcül yaralanıb. Onun ölümündən sonra mükafata təqdim edildiyi bildirilir.

BIR CAVAB BURAXIN