Suriya probleminə aid Astana konfransı dekabrda baş tuta bilər

0
501

Suriya probleminə aid növbəti beynəlxalq konfransın bu ilin noyabr ayının sonu, dekabr ayının əvvəllərində baş tutacağı gözlənilir.

Mediainfo.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici İşlər naziri Kayrat Abdraxmanov deyib. Onun sözlərinə görə, Astana posesinə qarant ölkələr Suriya probleminə dair növbəti beynəlxalq konfransı ilin sonuna kimi keçirməyi planlaşdırıblar. Konfransın gündəliyi qarant ölkələr tərəfindən yaxın günlərdə müəyyən ediləcək.

Xatırladaq ki, Suriyadakı vəziyyətlə bağlı Astana prosesi çərçivəsində bu günə kimi danışıqların 9 raundu baş tutub. Bu danışıqların nəticəsində bölgədə gərginliyin nisbətən azaldılmasına nail olunub.

 

 

 

 

 

BIR CAVAB BURAXIN