Suriya müxalifəti Lavrovla İdlib məsələsini müzakirə edəcək

0
715

Başda Nəsr əl-Xəlili olmaqla Suriya müxalifəti nümayəndə heyəti oktyabrın 26-da Moskvaya səfər edəcək.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Suriya müxalifəti nümayəndə heyəti Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşərək İdlib problemini müzakirə edəcək. Bununla əlaqədar Suriya muxalifətinin rəsmisi Yəhya əl-Haridi TASS-a açıqlamasında deyib ki, Lavrovla görüşdə əsas müzakirə obyekti İdlibdəki vəziyyət və Suriya probleminin aradan qaldırılması üçün Konstitusiya komitəsinin fəaliyyətə başlaması prosesini işə salmaq olacaq.

 

 

BIR CAVAB BURAXIN